Yəhudilər Rəsulzadənin sözləri ilə Ərdoğana dəstək verdi - VİDEO

DÜNYA 16 okt 2019, 10:36

ABŞ-ın sionizm əleyhdarı ortodoks yəhudiləri Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək veriblər.

 

Ortodoks yəhudilərindən Şaul Ben Kiş Tvitter hesabında BMT binası qarşısında türk bayrağının dalğalandırıldığı aksiya keçirdiklərini yazıb.

 

“Biz Tövrat yəhudiləri bütün dünyaya baxmayaraq, Prezident Ərdoğanın Suriyada başlatdığı əməliyyatla bağlı türk insanının və hökumətinin yanında dayanırıq. Bir kərə yüksələn bayraq bir daha enməz! Türkiyə gələcəkdə süpergüc olmaq istiqamətində gedir”, - Kiş yazıb.

 

Kiş digər bir paylaşımında türk əsgərinə salam göndərib.

 

“Biz NATO və digərlərinə qarşı Türkiyənin yanındayıq. Əlimizdə türk bayrağını dalğalandırmaq qürurdur. Prezident Ərdoğan dik dur, biz səninləyik. Biz Türkiyəni sevirik”. (Axar.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top