Krımda azərbaycanlılar arasında kütləvi dava ölümlə nəticələndi

HADİSƏ 16 iyn 2019, 20:55

Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində azərbaycanlılar arasında qanlı insident baş verib.


Rusiyanın Kirov vilayətində “Azərbaycan” Fondunun prezidenti Elnur Hüseynovun Report-a verdiyi məlumata görə, hadisə zamanı əslən Azərbaycanın Kəlbəcər rayonundan olan İlqar adlı şəxs hadisə yerində keçinib, Ağsu rayon sakini Həmzə isə xəstəxanaya yerləşdirilib.

 

Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən ilk öncə 68 nəfər saxlanılsa da, onlardan 53 nəfəri buraxılıb, 15 nəfər nəzarətə götürülüb. Cinayət işi davam edir.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top