"Azərbaycanda “Arsenal”ın çoxlu azarkeşi var" - Unay Emeri

İDMAN 22 may 2019, 14:58

"Hələki mövsüm boyu etdiklərimizi analiz etməmişik. Bütün diqqətimizi final oyunumuza yönəltmişik. Mövsümü bir kubok ilə bitirmək və qarşıdakı mövsümdə çempionlar liqasında mübarizə aparmaq istəyirik”.  

 

Bu sözləri "Arsenal”ın baş məşqçisi Unay Emeri deyib.   Avropa Liqasının finalında Bakıda "Çelsi” ilə qarşılaşacaq "topçular”ın çalışdırıcısı azarkeşlərdən də danışıb.

 

O, finalda qalib gəlməklə, növbəti mövsüm Çempionlar Liqasında oynamağı hədəflədiklərini bildirib: ""Arsena”lın dünyanın hər yerində olduğu kimi Azərbaycanda və Azərbaycan ətrafındada fanatları var və finalda bizi tək qoymayacaqlarına inanırıq. Məndə olan məlumata görə Bakıda "Çelsi” fanatları daha çoxluq təşkil edir. Amma ümid edirəm stadion tam dolu olar. Hərşeydən öncə oyunu böyük atmosferdə oynamaq istəyirik. Finala qədər iki erkən final oynadıq. 2 iddialı komandanı kənarlaşdırdıq. "Çelsi”də həmçinin iddialıdır və Premyer Liqanı 3 cü pillədə bitirərək özlərina inamı artırıblar. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik”. (Qafqazinfo)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top