Ölüm hökmü dərhal ləğv edilsin — AŞPA-dan tələb

DÜNYA 18 may 2019, 22:31

Belarus dərhal ölüm hökmünə moratorium tətbiq etməlidir.

 

Axar.az xəbər verir ki, bu məlumatı Avropa Şurasının Parlament Assambleyası yayıb. AŞPA Belarusda baş verən istənilən ölüm hökmünə qarşı çıxdığını bildirib:

 

“Ölüm hökmü sərt və qeyri-insani cəzadır. Belə bir şey Avropada qəbuledilməzdir. Biz yenidən Belarus hakimiyyətinə təcili şəkildə ölüm hökmünə moratorium tətbiq etməyə və de-fakto, eləcə də de-yure ölüm hökmünün ləğvini istəyirik”.

 

Qeyd edək ki, Belarus Avropada ölüm hökmünün saxlanıldığı yeganə ölkədir.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top