Avropa İttifaqı ABŞ vətəndaşlarına viza tətbiq edir

DÜNYA 10 mar 2019, 16:19

Avropa İttifaqı (Aİ) ABŞ vətəndaşlarına viza tətbiq edir.

 

ONA-nın məlumatına görə, bu barədə məlumat Aİ-nin rəsmi saytında yerləşdirilib.

 

Beləliklə,  2021-ci ildən başlayaraq ABŞ vətəndaşları Aİ ölkələrinə səfər etmək üçün ETIAS  proqramı çərçivəsində viza almaq məcburiyyətində qalacaqlar. ABŞ vətəndaşlarının aldıqları bu vizalar 3 il qüvvədə olacaq və amerikalılar Şengen zonasındakı 26 ölkəyə səfər edə biləcəklər.

 

ABŞ ilə bərabər, Yaponiya və Venesuelanın da aralarında olduğu 60 ölkənin vətəndaşları da Şengen zonasına viza ilə daxil ola biləcəklər. Aİ bu addımı Avropaya səfər edənləri müəyyənləşdirmək üçün vacib sayır.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top