Sosial

Ticarət obyektlərinin icarə qiyməti bahalaşdı

Ticarət obyektlərinin icarə qiyməti bahalaşdı

Ötən ay Bakıda ticarət obyektlərinin icarə qiyməti bahalaşıb.

Bu barədə"MBA Group" konsaltinq şirkətindən məlumat verilib.

Belə ki, 2021-ci ilin dekabr ayında ticarət obyektlərinin qiyməti 13,71 faiz bahalaşıb. İllik müqayisədə isə qiymətlər 23,57 bahalaşıb.

Ticarət obyektlərinin bir kvadratmetrinin orta qiyməti 15,37 manat təşkil edib.

D
demokrat.az