Sosial

İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Şəmmədli kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən piyada, Şəmmədli kənd sakini, 1954-cü il təvəllüdlü Sultanov Nizami Hüseyn oğlunu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./report

D
demokrat.az