Bu gün 15:30 radələrində içərisində üç nəfər Böyük Bəhmənli kənd sakininin olduğu Hyunday Elantra markalı avtomobil qarşısına it çıxması nəticəsində idarəetməni itirərək Füzuli rayonu Kərimbəyli kəndinin ərazisindən keçən Baş Mil kanalına düşüb.
Demokrat.az xəbər verir ki, hadisəni görən Kərimbəyli kənd sakinləri və RİHB Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri - Vətən Müharibəsi iştirakçısı Misirli Hafiz Muxtar oğlu dərhal özlərini suya ataraq maşının içərisində olan iki qadın və bir qız uşağını xilas ediblər.

Adları çəkilən şəxslərin cəldliyi nəticəsində hadisə zamanı xəsarət alan və ölən olmayıb.
Demokrat.az


