Şabran rayonunda 2000-ci il təvəllüdlü Amil həmyerlisi, yetkinlik yaşına çatmayan Sərdarı (adlar şərti verilib. – red.) şantaj edib, onunla cinsi əlaqədə olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Amil 2018-ci ilin iyulun təxminən axırlarında, saat 14 radələrində yaşadığı kənddə öz cinsi ehtirasını təmin etmək niyyəti ilə 2003-cü il təvəllüdlü, orta məktəbinin 10-cu sinif şagirdi Sərdara “səninlə işim var” bəhanəsi ilə yaxınlaşıb, ona bir məktəbə oxuyan həmkəndlililəri ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə haqqında məlumatın olduğunu bildirib, onunla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.
Amil təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla hədələyib, yaşadığı evin yaxınlığında yerləşən məhəlləni su ilə təmin edən çənin yanına aparııb, orada kol-kosun arasında qeyri-təbii yolla cinsi əlaqədə olub.
Bundan bir müddət sonra Amil yenə də yetkinlik yaşına çatmayan həmyerlisini şantaj edib, evlərinin yaxınlığında olan kol-kosların arasında cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Amilin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Şabran rayonun kəndində anası ilə birlikdə yaşayır, subaydır və heç bir yerdə işləmir: “Ailədə bacı və qardaşım yoxdur. Təxminən bir yaşım olanda atam anamndan ayırılıb və həmin vaxtdan anamla birlikdə yaşayıram. Ayağımda düzdabanlıq xəstəliyi olduğuna görə hərbi xidmətə getməmişəm”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, kənd orta məktəbin 11-ci sinifi bitirib: “Məktəbdə oxuduğum zamanlar mənimlə bir sinifdə Eldar, Vəli, Cəmil və digər şəxslər oxuyublar. Kəndimizdə yaşayan Sərdarı yaxşı tanıyıram və aramızda şəxsən ədavət olmasa da, ailələrimiz arasında torpaq mübahisələri mövcuddur. Məktəbdə təhsil aldığım zamanlar Sərdar məndən aşağı sinifdə oxuyub, onu normal uşaq kimi tanımşam. Lakin mənimlə heç bir münasibəti və heç bir ünsiyyəti olmayıb”.
Amil qeyd edib ki, təxminən 5-6 il bundan əvvəl, yəni 12-13 yaşı olarkən kənd uşaqları ilə birlikdə məktəbin yanındakı idman meydançasında futbol oynayarkən həmin zaman Sərdar da onlarla birlikdə futbol oynayıb. “Heç vaxt Sərdara qarşı nalayiq hərəkətlər etməmişəm və onun barəmdə dedikləri hamısı yalan, böhtandır”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sərdarın sözlərinə görə, valideynləri və yaşca özündən kiçik olan bacısı ilə birlikdə yaşayır: “Atam mühafizəçi işləyir, anam heç bir yerdə işləmir. Bacım kənd orta məktəbinin 9-cu sinifində, özüm isə həmin məktəbin 10-cu sinfində təhsil alıram. Dərslərə davamiyyətim yaxşı, qiymətlərim orta səviyyədədir. Məktəbdə dərslərimiz birinci növbə olduğundan hər gün səhər saat 08.30-da başlayıb, dərs saatlarından aslı olaraq saat 13.30, bəzən isə 14.15-də bitib”.
Zərərçəkmiş şəxs qeyd edib ki, 2018-ci ilin təxminən iyul ayının axırlarında, saat 14 radələrində küçədə yaşadığı evin qapısı qarşısında olduğu zaman kənd məktəbində oxumuş, həm də qohumu olan Amil onu çağırıb: “Amilə yaxınlaşdıqda sonuncu mənə qarşı kənd uşaqlarının etdiyi nalayiq hərəkətlər barədə eşitdiyini və bu barədə başqalarına deyərək, məni biabır edəcəyini bildirdi, mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Amilə etiraz etmək istəsəm də, onun bu barədə başqalarına deyəcəyini, məni biabır edəcəyini fikriləşdim. Onunla razılaşdım. Bundan sonra Amillə birlikdə yaşadığımız evin yaxınlığındakı su çəninin altına keçdik. Amil orada öz şalvarını aşağı çəkdi və mənim onunla “oral” hərəkətlər etməyimi tələb etdi. Onun dediyi kimi aşağı əyildikdən sonra “oral” sekslə təxminən 5 dəqiqə hərəkətlər etdik”.
Sərdarın ifadəsinə görə, bundan başqa təxminən 2018-ci ilin noyabr ayının əvəllərində saat 15 radələrində küçədə olduğu zaman Amil ona yaxınlaşıb və yenə də onunla cinsi əlaqədə olmaq istədiyini bildirib: “Əvvəlcə ona etiraz etmək istəsəm də, Amil barədə olan məlumatları yayacağını dedi. Bundan ehtiyat edərək onunla razılaşdım. Bundan sonra Amillə birlikdə onun dayısının evinin əks tərəfində yerləşən həmkəndlimiz Adilin bağ sahəsinə keçdik. Həmin bağ sahəsində kol-kosun arasında Amil şalvarını aşağı çəkdi, mənim də aşağı əyilməyimi istədi. Aşağı əyildikdən sonra Amil mənə qarşı əxlaqsız hərəkətlər etdi”.
Bu cinayət işinə Şabran rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərdarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 1 il 6 ay sınaq müddəti olmaqla 1 il 8 ay 22 gün müddətinə şərti cəza verilib.
Fariz Məlikli Demokrat.az


