Gündəm

BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür edib

BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev və BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid arasında telefon danışığı olub.

Bu barədə BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidentinin "Twitter" hesabında məlumat verilib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı telefon söhbətimiz oldu”, - A. Şahid vurğulayıb.

O, telefon danışığı zamanı Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu və COVID-19 peyvəndlərinin ədalətli bölgüsü ilə bağlı təşəbbüslərini və Baş Assambleyada, BMT İnsan Haqları Şurasında universal peyvəndləmə ilə bağlı qətnamələrini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib./apa

D
demokrat.az