Biznes

DGK Ermənistan istehsalı olan istifadəyə yararsız malları məhv etdi — FOTOLAR

DGK Ermənistan istehsalı olan istifadəyə yararsız malları məhv etdi — FOTOLAR

Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Bu barədə"Report"xəbər verir.

DGK-nın Əməliyyat-İstintaq baş idarəsinin Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov bildirib ki,4 600qutu fişəng və119 385ədəd pirotexniki vasitələr, müxtəlif adda və vaxtı keçmiş dərman preparatları,3 218,75litr alkoqollu və kustar üsulla hazırlanmış içkilər,162litr sərinləşdirici içkilər,361,14kq ərzaq və qeyri-ərzaq məhsulları,107kq yuyucu vasitələr komissiya üzvlərinin iştirakı ilə məhv edilib:

"Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvvəqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız37ədəd suvenirlər,32qutu siqaret və51,7litr müxtəlif spirtli içkilər də olub".

Onun sözlərinə görə, mallar müvafiq ekspert rəyinə əsasən məhvetmə prosesinə cəlb olunub.

Demokrat.az

D
demokrat.az