Dünya

Hindistanda “MiQ-21” qəzaya uğradı — Ölən var

Hindistanda “MiQ-21” qəzaya uğradı — Ölən var

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri tviter səhifəsində yazıb.

Hadisə "MiQ-21" təyyarəsinin təlim uçuşu zamanı baş verib.

Qəza Hindistan-Pakistan sərhədinə yaxın Racastan ştatında qeydə alınıb. Təyyarənin pilotu hadisə nəticəsində həlak olub.

Qeyd edək ki, bu, 2021-ci il ərzində Hindistanda "MiQ-21"in iştirakı ilə baş verən beşinci qəzadır.(report.az)

D
demokrat.az