Gündəm

“Qalib xalqın gəncləri Ali Baş Komandanın ətrafında sıx birləşəcəklər”

“Qalib xalqın gəncləri Ali Baş Komandanın ətrafında sıx birləşəcəklər”

“Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Gənclər üçün çoxsaylı layihələr icra olundu. Bu layihələrin hər birinin ana xətti isə Azərbaycançılıq idi. Ali Baş Komandan hər zaman Azərbaycan gənclərinin milli-mənəvi ruhda yetişməsinin vacibliyini qeyd edir. “Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda milli mədəniyyətimizə yaxın olmalıdırlar” deyən Prezident İlham Əliyev Azərbaycan dəyərlərinin gənclər tərəfindən mənimsənilməli olduğunu vurğulayırdı”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Şahin İsmayılov deyib. Deputat qeyd edib ki, məhz görülən işlərin nəticəsi olaraq Azərbaycan gəncləri beynəlxalq yarışlarda qələbə qazanıb bayrağımızı qaldırdı, ölkəmizi müxtəlif tədbirlərdə layiqincə təmsil etdi:

“Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, maarifçilik işi ilə məşğul oldu və ölkəmizin inkişafında mühüm rol oynadı. Azərbaycanda düşmənə diz çökdürən qəhrəmanlardan ibarət gənclik yetişdi. Çəkinmədən deyə bilərik ki, Azərbaycan gəncliyinin uğurları özünü bir çox sahələrdə əks etdirir. Bunlardan ən önəmlisi 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi igidlik, şücaət idi. Yaxın keçmişi nəzərdən keçirdikdə aydın şəkildə görə bilirik ki, Azərbaycan gəncliyi hansı inkişaf yolunu keçib. İllərlə gənclərin maarifləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması, elm və hərb sahəsində inkişafı öz bəhrəsini verdi.Cənab Prezident İlham Əliyev 2019-cu ildə gənclərlə görüşü zamanı “Gənclər, mən sizə inanıram, güvənirəm” deyə qeyd etmişdi. Biz xoşbəxt gənclərik ki, Ali Baş Komandan hər məsələdə bizə güvənir. Eyni zamanda gənc kadrlara böyük etimadın olduğunu görürük. Hər birimizin öhdəsinə düşən başlıca vəzifə odur ki, bu güvən və etimadı doğrultmaq üçün hər zaman fəaliyyətdə olmalıyıq. Hesab edirəm ki, Azərbaycanda vətən eşqi ilə böyüyən güclü gənclik yetişib və nəticə göz qabağındadır”.

Deputat əlavə edib ki, Azərbaycanın gələcəyi gənc nəsilə bağlıdır: “Müzəffər Ali Baş Komandan uğurlu gənclər siyasəti həyata keçirməklə gəncliyin inkişafına xüsusi diqqət göstərir və Azərbaycanın gələcəyini inşa edir. Qalib xalqın gəncləri bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşəcəklər. Fürsətdən istifadə edərək, cənab Prezidentə ölkəmiz üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşı kimi təşəkkür edir, 60 illik yubileyi münasibətilə təbrik edir və xalqımız üçün gördüyü işlərdə uğurlar diləyirəm”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az