Hadisə

Bakıda 9 yaşlı uşağı maşın vurdu

Bakıda 9 yaşlı uşağı maşın vurdu

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 2012-ci il təvəllüdlü Nurlu Müşkinaz İntiqam qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

D
demokrat.az