“Bahalaşmanı hiss etmirəm. Gedirəm nə alıramsa, torbalara qoyurlar, qiymətini çekə yazırlar, pulunu hesablayırlar, mən də verirəm”.
Demokrat.az xəbər verir ki, bunu sabiq təhsil naziri Misir Mərdanov bildirib.
“Bəlkə də bahalaşma var e, demirəm ki, yoxdur. Bəlkə də aldığım məvacib yüksəkdir deyə, mən bahalaşmanı hiss etmirəm. Eşidirəm ki, camaat deyir, hər şey bahalaşır. Ancaq öz üzərimdə açığını deyim ki, hiss etmirəm” – M.Mərdanov qeyd edib.(qafqazinfo.az)


