Azərbaycanın Xalq artisti Yusif Eyvazov yeni “Listopad” (Yarpaq tökümü-red.) adlı mahnısını təqdim edib.
Demokrat.az xəbər verir ki, mahnının söz və musiqisi Konstantin Qubinə məxsudur.
Yeni kompoziyasını sosial şəbəkədə təqdim edən müğənni qeyd edib ki, treki bu il oktyabrın 31-də ABŞ-da faciəvi şəkildə həyatını itirən azərbaycanlı Fərhad Ağamalıyevə həsr edib:
“Qoy həyatımızda itkilər olmasın. Sağlam olun, bir-birinizə diqqətli olun, qoy Allah sizi və yaxınlarınızı saxlasın”.
Demokrat.az


