Region

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 182 nəfər ölüb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 345 754 nəfərin test edildiyi, 17 956 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 648 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə biri İstanbulda, beşi İzmirdə olmaqla 6 nəfərdə COVID-19-un omikron ştammı aşkar edilib. F.Qoca əhaliyə müraciət edərək, bundan qorxmamalarını tövsiyə edib və COVİD-19-a qarşı peyvənd olunmanı tamamlamağın vacibliyini bildirib.

Demokrat.az

D
demokrat.az