Dünya

Dünyada yarım milyarddan çox insan pandemiya səbəbindən... — ÜST

Dünyada yarım milyarddan çox insan pandemiya səbəbindən... — ÜST

Dünyada yarım milyarddan çox insan pandemiya səbəbindən ifrat yoxsulluğa düçar ola bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı (DB) birgə məlumat yayıb.

Hesabatda son 10 ildə əhalinin immun sisteminin zəiflədiyi, vərəm və malyariyadan ölüm hallarının artdığı qeyd olunub.

Bildirilib ki, pandemiya 1930-cu illərdən bəri ən pis iqtisadi böhrana səbəb olub və insanların müalicə üçün pul ödəməsini çətinləşdirib.

Yoxsulluğun artması, gəlirlərin azalması və hökumətlərin getdikcə çətinləşən vergi gəlirləri ilə üz-üzə qalması maliyyə təzyiqlərini gücləndirəcək./bizim.media

D
demokrat.az