Gündəm

“Bu paradı fərqləndirən əsas cəhətlərdən biri...” — Hərbi ekspert

“Bu paradı fərqləndirən əsas cəhətlərdən biri...” — Hərbi ekspert

“Müasir Azərbaycanımızın müstəqilliyindən bəri ilk dəfə bu cür müstəsna Zəfər paradı keçirmək, bizlərə nəsib oldu”.

Bu fikirləri hərbi ekspert Ruslan İmamquliyev Demokrat.az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, bu paradı fərqləndirən əsas cəhətlərdən biri düşməndən alınan qənimətlərin sərgilənməsi idi:

“Bu, həm maşa dövləti “Ermənistan” respublikasına və onun arxasındakı havadarlarına layiqli bir mesaj oldu. Düşünürəm ki, düşmən bu məqamdan çox təsirləndiyi üçün Haaqa Məhkəməsinə müraciət etdi. Nəticə etibarilə, onların şikayəti heç bir şəkildə təmin olunmadı. Azərbaycan xalqının, dövlətinin və ordusunun həmrəyliyi bizlərə 200 ildə ilk dəfə məxsus olaraq, şərəfimizi və milli kimliyimizi qaytardı. Bundan sonrakı dönəmdə də o həmrəyliyi daha da mükəmməlləşdirmək və növbəti zəfərlərə imza atmaq mütləq zərurətdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az