Hadisə

Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti bilindi

Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti bilindi

Bakı-Qazax avtomobil yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza nəticəsində xəsarət alan Paşa Həmzəyev vəGündüz Çobanov əvvəlcə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Daha sonra yaralılar Gəncədəki xəstəxanaların birinə göndərilib. P.Həmzəyevin vəziyyəti ağır qiymətləndirilir.

Qəza nəticəsində G.Çobanovun oğlu da avtomobildə olub. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı-Qazax avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.

D
demokrat.az