Kriminal

Bakıda ərəb turisti kəsici alətlə yaraladılar

Bakıda ərəb turisti kəsici alətlə yaraladılar

Bakıda əcnəbi vətəndaş naməlum şəraitdə yaralanıb.

Demokrat.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistanından olan turist, 1999-cu il təvəllüdlü Ali Ahmad Noaf Nizami küçəsində (“Torqovı” adlanan ərazi-red) naməlum şəraitdə kəsici alətlə xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az