Sosial

Onlar toylara buraxılmadı

Onlar toylara buraxılmadı

Dekabrın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 130 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 126 şadlıq sarayında, dördşəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- Dördnəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 73 nəfər COVID-19pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Demokrat.az

D
demokrat.az