“Hesab edirəm ki, Azərbaycan-Ermənistan nazirlərinin görüşü iki ölkə arasında müəyyən etimadın formalaşmasına gətirib çıxaracaq”.
Bu fikirləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İsveçdə dekabrın 2-də baş tutacaq görüşünü şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında Soçi görüşündən sonra müəyyən məsələlərdə prinsipal razılıq əldə olunub:
“Fikrimcə, bu görüş dekabrın 15-də Brüsseldə baş tutacaq prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyır. Təbii ki, xarici işlər nazirlərinin görüşündə Brüsseldə baş tutacaq görüşdə hansı məsələlərin, hansı detalların müzakirə olunacağı dəqiqləşdiriləcək. Ola bilər ki, minaların verilməsi, əsirlərin qaytarılması kimi məsələlər də bu görüşdə müzakirə olunsun. Hazırda dövlət sərhəddində sabitlikdir və müəyyən danışıqlar prosesi gedir. Yaradılmış üçtərəfli komissiya da öz işini davam etdirir. Xarici işlər nazirlərinin görüşünü irəliləyə doğru atılmış addım kimi qiymətləndirmək olar”.
Aynurə Demokrat.az


