İdman

Karateçimiz ikinci dəfə dünya çempionu oldu

Karateçimiz ikinci dəfə dünya çempionu oldu

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında final görüşünü keçirib.

Demokrat.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançının rəqibi italiyalı Silvia Semeraro olub.

Qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.(report.az)

D
demokrat.az