Daxili siyasət

Baş nazir narkomaniyadan əziyyət çəkənlərin müalicəsi ilə bağlı qaydanı təsdiqlədi

Baş nazir narkomaniyadan əziyyət çəkənlərin müalicəsi ilə bağlı qaydanı təsdiqlədi

“Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsiQaydası” təsdiq edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nə uyğun edilə bilər.

Demokrat.az

D
demokrat.az