Bakıda 37 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Demokrat.az xəbər verir ki, hadisə Xətai rayonu, H.Aslanov qəsəbəsində qeyd edilib.
Belə ki, Rusiya vətəndaşı, 1984-cü il təvəllüdlü Timoşevskaya Vera Valeryevna yaşadığı evdə hamam otağında paltar yuyarkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.(report.az)


