Sosial

Bakıda istiliyin verilməsi tezləşdirildi

Bakıda istiliyin verilməsi tezləşdirildi

Havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb.

Bununla bağlı“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisiRafiq Əliyevməlumat verib.

Onun sözlərinə görə, bu gündən müraciətlər əsasında qazanxanaların açılmasına başlanılıb:

“Kim müraciət edir və ödənişə təminat verirsə, onların qazanxanalarını işə salırıq”.

Rafiq Əliyev bildirib ki, dağ və dağ ətəyi rayonlarda noyabrın 1-dən istiliyin verilməsinə başlanıb./bizim.media

D
demokrat.az