Hadisə

Bakıda güclü külək 11 nəfərin xəsarət almasına səbəb oldu

Bakıda güclü külək 11 nəfərin xəsarət almasına səbəb oldu

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə Demokrat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Onlardan 5-i kişi, 6-sı qadındır.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Demokrat.az

D
demokrat.az