Hərbi

“Bu zəfər ilk növbədə şəhidlərin və şəhid ailələrinin zəfəridir” — Şuşaya girən ilk girən komandir

“Bu zəfər ilk növbədə şəhidlərin və şəhid ailələrinin zəfəridir” — Şuşaya girən ilk girən komandir

Bu gün bütün Azərbaycan xalqı fəxrlə və qürurla Zəfər Gününü qeyd edir. Ötən ilin bu tarixində minlərlə gəncimiz işğalda olan torpaqlarımızı düşməndən azad etmək üçün canını fəda etdi və həmin günü Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar.Sevindirici haldır ki, bu gün həmin tarixin canlı şahidlərin də var. Onlardan biri də qazimiz Rüfət Hacızadədir. O, Şuşaya girən ilk komandirimizdir. Qazimiz 44 günlük Vətən müharibəsində 3 dəfə yaralansa da, döyüşə yenidən davam edib.

Tank komandiri Rüfət Hacızadə Zəfər Günü münasibətilə öz təəssüratlarını Demokrat.az-a bölüşüb.

O, bildirib ki, bu, ilk növbədə şəhidlərin və şəhid ailələrinin zəfəridir:

“Bundan bizə də kiçicik bir pay düşür. Ötən ilin bu günü biz 20 faiz torpağımızı Cənab Ali Baş Komandanın rəhbərliyi altında düşmənin pəncəsindən çəkib aldıq. Təbii ki, bu kiçik bir şey deyil. Bu gün Zəfər Gününü qürurla və fəxrlə qeyd edirik. Ancaq Zəfər Gününün ürəkdağlayan tərəfi odur ki, bu günü şəhidlərsiz keçiririk. Çox istərdik ki, onlar da yanımızda olsun. Çünki, məhz bu günün qəhrəmanları onlardır. Azərbaycan xalqı döyüşdə olduğu kimi, bu gün də biz qazilərə hörmətlə, sevgiylə yanaşır. Biz döyüşdə olan vaxtı yazılan statuslar çox görürdük: “Azərbaycan əsgəri arxanızdayıq!, Azərbaycan əsgəri sizi sevirik!”. Məhz bu gün o dəstəyin yenidən şahidi oluruq. Xalqımız həqiqətən də, bizi gözünün bəbəyi kimi qoruyur. Hər birimizi Zəfər Günü münasibətilə təbrik edirəm!”.

Aynurə Demokrat.az

D
demokrat.az