"Azərbaycanda fəaliyyət göstərən məktəblərdə koronavirusla əlaqədar kritik vəziyyət yoxdur.
Ona görə də bu gün məktəblərin ümumilikdə distant tədrisə keçidi gündəmdə deyil".
Bu fikirləri"Report"a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəziOrxan Abbasovdeyib.
Onun sözlərinə görə, əgər məktəblərin bağlanması barədə hər hansı qərar olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək: "Bu günə olan məlumatlar vəziyyətin gərgin olduğunu göstərmir".


