İdman

AFFA cərimələndi

AFFA cərimələndi

FIFA-nın İntizam Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) cərimələyib. Bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb. 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı Azərbaycan-Portuqaliya matçında təhlükəsizlik qaydalarının pozulması AFFA-nın cərimələnməsinə səbəb olub. AFFA 5 000 İsveçrə frankı məbləğindəcərimələnib. Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən oyunun sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.

Demokrat.az

D
demokrat.az