Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən marketlərin birinin qarşısında olub. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 1966-cı il təvəllüdlü Qəmər Əfqanini vurub.
Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Demokrat.az


