Region

Süleyman Soylu: “Murat Karayılanın da məhv edilmə növbəsi çatır”

Süleyman Soylu: “Murat Karayılanın da məhv edilmə növbəsi çatır”

Türkiyədə PKK terrorçuları məhv edilib.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu "Twiter"dəki səhifəsində yazıb.

O, qeyd edib ki, Çukurcadan Hakkariyə keçən 2 terrorçu pilotsuz uçuş aparatı və quru əməliyyatı ilə öldürülüblər.

Nazir PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılana xitabən “siçan kimi gizlənməsin, onun da növbəsi çatır”, - deyə sosial şəbəkədə yazıb.

Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetiriblər. ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb. Mustafa Karayılan PKKK rəhbərlərindəndir.

D
demokrat.az