Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə Tiflisdəki parlament binasının qarşısında aksiya keçirilir. Bu barədə gürcü mediası məlumat yayıb. Məlumata görə, aksiyanı Saakaşvilinin ölkəyə qayıtması üçün hərəkat yaradan Gürcüstanın müxalif partiyasının lideri Tako Çarkviani təşkil edib. Etirazçıların əllərində Gürcüstan bayraqları və Saakaşvilinin fotoşəkilləri var. Siyasətçinin azad edilməsini tələb edən daha geniş miqyaslı aksiyanın oktyabrın 14-də Tiflisin mərkəzində keçirilməsi planlaşdırılır.
Saakaşvilinin azad edilməsi tələbi ilə Tiflisdə mitinq keçirilir
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


