Hadisə

Bakıda 7 yaşlı uşağı maşın vuraraq hər iki ayağını sındırdı

Bakıda 7 yaşlı uşağı maşın vuraraq hər iki ayağını sındırdı

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Kərimova Məryəm Orxan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az