Sosial

Yol polisi hərəkət iştirakçılarına müraciət etdi

Yol polisi hərəkət iştirakçılarına müraciət etdi

Bakı şəhər Dövlət yol Polis İdarəsinin yeni dərs ilinin başlaması ilə əlaqədar hərəkət iştirakçılarınamüraciət edib. Bakı şəhər Dövlət yol Polis İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr bölməsinin inspektoru Rüstəm Əhmədli Demokrat.az-a açıqlamasında bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 29-da orta təhsil müəssisələrinin yerləşdiyi küçə və yollarda, xüsusilə də paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağı gözlənilir:

Yol polisi hərəkət iştirakçılarına müraciət etdi
“Bunları nəzərə alaraq, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarından xahiş edir ki, şagirdləri məktəbə aparan valideynlər küçə və yollarda təhlükəsiz hərəkət qaydalarına, övladlarını məktəbə avtomobillərlə aparan sürücülər həmin ərazidəki dayanma, durma və parklanma qaydalarına mütləq riayət olunmalıdır. İctimai nəqliyyat vasitələrindən istifadə edən valideynlərə isə tövsiyəmiz ondan ibarətdir ki, sosial məsafəni saxlamala tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarına ciddi riayət etsinlər. Ümid edirik ki, məktəblilərin təhlükəsizliyinin təmin olunması, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq və üzərinə düşən vəzifəni yerinə yetirməklə ilk dərs günündə azyaşlı məktəblilərə yollarda çətinlik yaşatmayacaq, eləcə də polisin gördüyü tədbirlərə yardımçı olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasında vətəndaşlıq mövqeyini nümayiş etdirəcək” – deyə R.Əhmədli qeyd edib. Zaur Demokrat.az

D
demokrat.az