Yaponiyanın Səhiyyə Nazirliyi yeni növ koronavirusun (COVID-19) variantlarına qarşı mübarizə aparmaq üçün peyvəndin üçüncü dozasının tətbiq edilməsini müzakirə edib. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Nazirlik ikinci dozadan altı ay sonra COVID-19 əleyhinə yaranan antitellərin azaldığını və vaksinin “Delta” da daxil olmaqla müxtəlif variantlara qarşı təsirini itirdiyini iddia edib. Peyvənd istehsalçılarının 3-cü dozun zəruriliyi ilə bağlı çağırışlarını nəzərə alaraq, hökumət bu dozanın vurulmasına qərar verib.
Bu ölkədə peyvəndin 3-cü dozası vurulacaq
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


