Sosial

Bakı yollarında tıxac var — SİYAHI

Bakı yollarında tıxac var — SİYAHI

Səhər saatlarından etibarən paytaxtın bir sıra küçə və prospektlərində tıxac yaranıb.

Bu barədə Demokrat.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqaməində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bununla yanaşı, Tbilisi prospektindən şəhər istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısından Bağırov körpüsü istiqamətində də nəqliyyatın hərəkətində sıxlıq var.

Demokrat.az

D
demokrat.az