Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Demokrat.az"Sputnik Armenia"ya istinadən xəbər verir ki, meyitlər Suqovuşan istiqamətində aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1662-yə çatıb.


