Daxili siyasət

Fransa Azərbaycana pul ayırdı — SƏBƏB

Fransa Azərbaycana pul ayırdı — SƏBƏB

"Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir".

Demokrat.az Publika.az-a istinadla xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz "Twitter" səhifəsində yazıb.

"Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro bağışlamaq niyyətindədir" - deyə səfir vurğulayıb.

D
demokrat.az