Türkiyənin Milli Müdafiə Nazirliyi sentyabr ayında Konyada keçiriləcək “TurAz Şahini-2021” hərbi təlimləri ilə bağlı məlumat paylaşıb.
Demokrat.az xəbər verir ki, məlumat Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında paylaşılıb.
“Konyada “TurAz Şahini-2021” hərbi təlimlərində iştirak edəcək Azərbaycan Hava Qüvvələrinin 2 Mig-29 və 2 Su-25 təyyyarələri 78 personal ilə ölkəmizə gəldi. Qardaşlarımıza "xoş gəlmisiniz" deyirik”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, “TurAz Şahini-2021” hərbi təlimləri sentyabrın 6-dan 17-nə kimi davam edəcək.Konya'da 06-17 Eylül 2021 tarihleri arasında icra edilecek olan Turaz Şahini Tatbikatı'na katılacak olan Azerbaycan Hava Kuvvetlerinden 2 adet Mig-29 ve 2 adet Su-25 uçakları ile 78 personel ülkemize geldi. Kardeşlerimize hoş geldiniz diyoruz. #MSB #TSK #TurazŞahini 🇹🇷 🇦🇿 pic.twitter.com/QGeJlRcM5J
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 2, 2021


