Dünya

Əşrəf Qəni 4 maşın dolu pulu ölkədən çıxarmaq istədi, amma...

Əşrəf Qəni 4 maşın dolu pulu ölkədən çıxarmaq istədi, amma...

Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkəni tərk edərkən 4 maşın dolu pulu özü ilə hava limanına gətirib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən “RİA Novosti”yə məlumat veriblər.

Bildirilib ki, Ə.Qəni 4 maşın dolu pulu özü ilə aeroporta gətirsə də, bütün pulları özü ilə aparmağa müvəffəq ola bilməyib.

“Pulların bir hissəsi uçuş zolağında qalıb”, - məlumatda qeyd edilib.(report.az)

D
demokrat.az