Dünya

Azərbaycan əsilli gülüş ustası Moskvada 10 sutkalıq həbs edildi — VİDEO

Azərbaycan əsilli gülüş ustası Moskvada 10 sutkalıq həbs edildi — VİDEO

Moskvanın Taqansk rayon məhkəməsi Azərbaycan əsilli gülüş ustası İdrak Mirzəlizadənin 10 sutkalıq həbs olunmasıyla bağlı qərar qəbul edib.

“RİA Novosti” xəbər verir ki, stendap-komik milli zəmində düşmənçilik yaratmaqda günahlandırılıb.

Məhkəmədə Mirzəlizadə onun zarafatının yanlış anlaşıldığını və buna görə üzr istədiyini bildirib.

Qeyd edək ki, həmyerlimiz “Stand-up Club № 1” layihəsinin prodüseri və bir neçə şou verilişinin aparıcısı kimi tanınır. Onun həbsinə səbəb çıxışından kəsilərək “Instagram”da paylaşılan bir fraqment olub.

Görüntülərdə komik “deyəsən ruslar nəcisi özlərinə sürtüb, sonra yatırlar”, - deyə bildirib. Məhz bu videonu Vladimir Solovyov öz verilişində nümayiş etdirərək, Mirzəlizadəni rusofob kimi təqdim edib. Hərçənd ki, Mirzəlizadə onun sözlərinin kontekstdən çıxarıldığını və bunun üçün də yalnış anlaşıldığını vurğulayıb. /oxu.az

D
demokrat.az