Dünya

Bill Qeytsdən arvadı ilə boşanması haqda şok etiraflar: "Onunla zaman keçirmək böyük bir xəta idi"

Bill Qeytsdən arvadı ilə boşanması haqda şok etiraflar: Onunla zaman keçirmək böyük bir xəta idi

"Microsoft"un qurucusu Bill Qeyts boşanmasız, insan alveri və cinsi təcavüzlərdə günahlandırılan Cefrey Epstein ilə əlaqələri haqda şok açıqlamalar verib.

Demokrat.az xarici KİV-lərə istinadən bildirir ki, CNN-ə danışan Bill Qeyts həyat yoldaşı ilə rəsmən boşanmasını təsdiqləyib. Bütün bunların çox çətin proses olduğunu vurğulayan Qeyts "Hazırda düşünmə dövründəyəm, lakin hansısa nöqtədə yenidən həyatımda irəliləmək məcburiyyətindəyəm", deyə qeyd edib.

Son illərdə cütlük vaxtlarının çoxunu "Bill & Melinda Gates" vəqfi vasitəsi ilə qlobal sağlamlıq problemlərinə həsr etmişdilər. Məlumata görə cütlük boşandıqdan birlikdə çalışıb-çalışmayacağını yoxlamaq üçün 2 illik sınaq müddəti keçiblər. Əks təqdirdə, Melinda Qeytsə maaş veriləcək və o, həmsədrlikdən istefa verəcək.

Bu haqda da danışan Qeyts keçmiş arvadının şirkətdə qalacağına ümid etdiyini bildirib:

"Bu, fond üçün çox əhəmiyyətli olardı. Melinda inanılmaz güclərə malikdir".

Müsahibə zamanı Qeyts insan alveri və cinsi təcavüzlərdə günahlandırılan, sonradan öz həbs kamerasında intihar edən milyarder Cefrey Epstein ilə əlaqələri ucbatından boşandığı iddialarına da cavab verib:

"Qlobal mövzular, fond məsələləri ilə bağlı onunla bir neçə dəfə görüşüb, nahar etdim. Amma bunun olmayacağını görəndə əlaqələri kəsdim".

Daha sonra Bill Qeyts onunla əlaqələri olmasından peşmançılığını da vurğulayıb:

"Onunla vaxt keçirmək və öz zamanımı ayırmaq böyük bir xəta idi". /musavat.com

D
demokrat.az