Hadisə

Bakıda qəbiristanlıqda yanğın oldu

Bakıda qəbiristanlıqda yanğın oldu

Yeni Günəşli qəsəbəsində, yaşayış binalarının yaxınlığındakı qəbiristanlıq ərazisində yanğın baş verib.

Demokrat.azbildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbiristanlıq ərazisində təxminən 100 m² sahədə quru ot və məişət tullantıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az