Bərdə sakini itkin düşüb.
Demokrat.az xəbər verir ki, rayonun Hacallı kənd sakini Məmtizadə Elvin Ramiz oğlu ötən ayın 24-də evdən çıxaraq geri qayıtmayıb.
Hadisə ilə bağlı gəncin ailə üzvləri Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.
1999-cu il təvəllüdlü E.Məmtizadəni görənlərdən Bərdə rayon Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.(qafqazinfo.az)


