Lalə Azərtaş Azərbaycanda ən uğurlu aparıcılardan biridir. Savadlıdır, gözəldir, mədənidir, əla diksiyası, efir şarmı var. Jurnalistikamızın həqiqi ulduzlarındandır. Buna görə də çoxlarında ona qarşı güclü paxıllıq müşahidə olunur.
"Türkiyə canımızdır - canımız yanır" ifadəsi 3 gündür ki, təkcə feysbukda yox, bütün sosial şəbəkələrdə on minlərlə dəfə paylaşılıb. Bu cümlənin heç bir "müəlliflik hüququ" ola bilməz. "Türkiyə evimizdir-evimiz yanır" cümləsi Puankare teoreminin həlli deyil ki, müəlliflik hüququ olsun. Gedin, istənilən adamı dindirin, sizə bunu və bundan daha təsirli sözləri deyəcək. Bunlar hazırda hər kəsin ağlına və dilinə gələ biləcək cümlələrdir. 
Bu gün həm də Ana Dili günüdür, efirdə ana dilimizin mükəmməl daşıyıcılarından biri isə Lalə xanımdır. Yəni ona təbrik düşür, trollinq yox.Uğurlar sizə, gözəl aparıcımız. Və paxıllara fikir verməyin. Qəsdən eləmirlər, instinktdir.
Vüsal Məmmədov "Azvision.az" saytının baş redaktoru


