Sosial

COVID-19-a qarşı vaksin olunanların sayı açıqlandı

COVID-19-a qarşı vaksin olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 46 910 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 061, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 849 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 563 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 654 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 909 821 təşkil edir.

D
demokrat.az