“Palmali Holding”in rəhbəri, azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimov Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd vermək qərarına gəlib.
Demokrat.Az xəbər verir ki, M.Mənsimov sosial şəbəkə vasitəsilə paylaşım edərək, aşağıdakı kriteriyalara uyğun ilk 100 tələbəyə bir il şirkət tərəfindən təqaüdveriləcəyini açıqlayıb:
– Bir öncəki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar; – Şəhid ailəsi üzvü olanlar; – Qarabağ müharibəsi qazilərinin yaxınları; – Ağır maddi durumda olan ailələrin övladları.
Tələbələrdən bu əsas kriteriyalara uyğun sənədləri pasport və ya şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə xüsusi komissiyanın emailinə göndərmələri ([emailprotected]) rica olunur.
Gələn həftədən etibarən, sənədlər toplandıqdan sonra araşdırılacaq və fevral ayında şanslı 100 tələbə ilə təqaüd müqaviləsi bağlanacaq.
Demokrat.Az


