Dünya

ABŞ dövlət katibinin müavini Çinə səfər edəcək

ABŞ dövlət katibinin müavini Çinə səfər edəcək

ABŞ dövlət katibinin müavini Vendi Şerman iyulun 25-26-da Çinə səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

Qeyd olunub ki, V.Şermanın Çin rəsmiləri, o cümlədən xarici işlər naziri Van İ ilə görüşü planlaşdırılıb.

O, Çindən iyulun 27-də Omana yola düşəcək. Şerman orada Oman xarici işlər nazirinin müavini şeyx Xəlifə əl-Xarti ilə görüşəcək.(report.az)

D
demokrat.az